Sosial

“Sədərək”də 20 mağaza yanıb – FHN yeni məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi dünən “Sədərək” ticarət mərkəzində baş verən yanğın barədə məlumat açıqlayıb.

Jamaz.info xəbər verir ki, məlumatda bildirilib ki, yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi təxminən 10 ha olan “Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb. Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button