Sosial

Qarabağ Qazisi şəraitsiz evdə yaşayır

44 günlük Vətən müharibəsinin qazisi Elnur Bağrov yaşayış şəraitindən narazıdır. O, Turana bildirib ki, müharibə zamanı yaralanıb və ona 3-cü qrup əlillik təyin edilib.

E.Bağırov qeyd edib ki, bir müddət əvvəl yaşadığı evinin təmir edilməsi tələbi ilə YAŞAT Fondunun qarşısında aksiya keçirib: “Aldığım xəsarət mənə işləməyə imkan vermir. 30 yaşım var. Dövlətin verdiyi 700 manat təzminatla isə mən evimi təmir edə bilmirəm. Yaşayış şəraitim çox pisdir”.

Qazi qeyd edib ki, YAŞAT Fonduna dəfələrlə müraciət etsə də, ona yardım edilmir.

YAŞAT Fondundan isə Turana bildirilib ki, 3-cü qrup müharibə əlili Bağırov Elnur Elxan oğlu “YAŞAT” Fondunun subyekti olduğundan Fondun dəstək istiqamətlərindən yararlana bilər: “Bunun üçün yashat.gov.az rəsmi internet səhifəsindən müraciət edə və ya Fondun 81 10 Çağrı Mərkəzilə əlaqə saxlaya bilər”.

Qurumdan qeyd olunub ki, “YAŞAT” Fondu tərəfindən vətəndaşların yerində müraciətlərinin qeydə alınması, problemlərinin dinlənilməsi məqsədilə həftənin 5 iş günü saat 09:00-dan 18:00-dək vətəndaşların qəbulu həyata keçirilir: “Qazi Elnur Bağırov da müxtəlif tarixlərdə Fondun vətəndaş qəbulunda iştirak edib. Fondun əməkdaşları tərəfindən sualları cavablandırılıb. Son belə görüş 2024-cü ilin 2 fevral saat 10:00 radələrində həyata keçirilib. Vətəndaşın müraciəti dinlənilib, müvafiq qaydada araşdırılaraq baxılacaq”.

Vurğulanıb ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button