Sosial
Milli Qəhrəmanların təqaüdləri 1800 manata qaldırılacaq
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin təqaüdü artırılacaq. JAMAZ.İNFO xəbər verir ki, bu, 2021-ci il büdcə zərfinə daxil edilib.
Büdcə zərfində Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması ilə bağlı Prezidentinin Fərmanına dəyişiklik nəzərdə tutulur.