Sosial

“Makler” vasitəsilə müraciət olunan sosial yardımlardan imtina edilir

Bu gün ünvanlı sosial yardım üçün bir sıra hallarda “makler”lər vasitəsilə müraciətlərin şahidi oluruq.

Jamaz.info-nun məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin l yarımilliyində görülmüş işlərə, yeniliklərə və qarşıdakı hədəflərə dair bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, belə müraciətlərdə hətta vasitəçilər tərəfindən məlumatların saxtalaşdırılması halları üzə çıxır.

“Belə hallar aşkar olunduqda, saxtalaşdırılmış məlumatların növü üzrə müvafiq tədbir görülür. Belə ki, müraciətlərdə cinayət tərkibi varsa, hüquq-mühafizə orqanlarına müraciət edilir. Əmək müqaviləsində saxtalaşdırma varsa, bu halda Dövlət Əmək Müfəttişliyi tərəfindən müvafiq tədbirlər görülür. Yekunda ünvanlı sosial yardımın verilməsindən imtina edilir”,- deyə qurum rəhbəri bildirib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button