Sosial
Jurnalistlər binasında bədbəxt hadisə: 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxıldı
Bakıda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb. JAMAZ.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) C blokunda qeydə alınıb.
Binaya qonaq gələn ailənin 3 yaşlı oğlan övladı 16-cı mərtəbədən pəncərədən yerə düşüb və hadisə yerində keçinib.
Hadisə yerinə hüquq-mühafizə orqanın və təcili yardım briqadasının əməkdaşları cəlb olunub.