
Sosial
Gürcüstanda qatar aşdı: 1 azərbaycanlı öldü, üçü yaralandı
Gürcüstanın cənubundakı Tsalka şəhəri yaxınlığında texniki qatarın relsdən çıxması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Gürcüstan xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, “Gürcüstan Dəmir Yolları” təmir işlərinin Azərbaycan şirkəti tərəfindən aparıldığını bildirib. Orada çalışanların da azərbaycanlı olduqlarını qeyd edib. Elə bu səbəbdən də hadisə nəticəsində ölən və yaralananlar Azərbaycan vətəndaşlarıdır.
Qeyd edilir ki, hadisə cümə günü axşam saatlarında baş verib. Gürcüstan Daxili İşlər Nazirliyi dəmir yolu nəqliyyatında təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə araşdırmalara başlayıb.