
Sosial
Deputatdan quru yollarının açılması ilə bağlı təklif
“Biz mərhələli şəkildə quru yolların açılması məsələsini də təklif edirik. Amma nəzərə alaq ki, “Omikron”dan sonra regionda yoluxma sayında artımlar var. Növbəti mərhələdə yoluxma sayı azalarsa, daha məqsədəuğyun olardı ki, quru sərhədlərin açılması məsələsi də müzakirə olunsun”. Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, bəzi ölkələr vaksin olunanlardan PCR testi tələb etmir: “Xüsusən də 3 dəfə vaksin olunubsa, yəni buster doza varsa, hər halda mərhələli şəkildə PCR testinin tələbi məsələsinə də baxılması mümkündür. Məsələn, Türkiyə vaksin olunanlardan PCR testi tələb etmir. Və bir sıra, o cümlədən yoluxma sayı az olan ölkələrlə Türkiyədə olan modelin tətbiqi məqsədəuyğun olardı”.
Deputat hesab edir ki, növbəti mərhələdə qaydalar bir başa yoluxma sayından, epidemioloji vəziyyətdən asılı olacaq: “Yoluxma sayının azalacağı halda yenidən bu məhdudiyyətlərin yumşalması məsələsinə baxılması məqsədəuyğun olardı”.