Sosial

Deputat: “100 manatlıq dərman 300 manatdır…”

“Büdcə müzakirəsi zamanı insanların rifahı da nəzərə alınmalıdır”.
 
Jamaz.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib:
“Bu gün ölkədə su təchizatı, eləcə də əhalinin sosial müdafiəsi ilə bağlı çətinliklər var. Onların aradan qaldırılması üçün büdcənin imkanlarından istifadə etmək lazımdır. Həmçinin, olimpiya idman kompleksləri və digər idman qurğuları var ki, onlara ildə bir neçə milyon manat vəsait ayrılır, bunların dərhal özəlləşdirilməsi lazımdır ki, əlavə vəsaitlər olsun və biz sosial müdafiə sahəsinə pul ayıra bilək”, deyə Fazil Mustafa bildirib.
Deputat qeyd edib ki, Azərbaycanda dərmanlar da çox bahadır:
“Bunun qarşısını almaq üçün tədbir görülmür. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olur. Bizim bazardan Avropa dərmanları çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button