Sosial

Bank filialının rəhbəri Xocavənddəki bankdan pulları və qızılları “oğurlatdırıb”- fürsəti fövtə verməyib  

Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatını baş çatdırdıqdan sonra bölgədə yaşayan ermənilərin bəziləri fürsəti əldən verməyərək, talançılıqla məşğul olublar. JAMAZ.İNFO Ermənistan DİN-ə istinadən xəbər verir ki, belə hallardan biri Xocavənd rayonunda yaşanıb.

Həmin məlumatda deyilir ki, Xocavənd rayonunda fəaliyyət göstərən “Artsaxbank”ın yerli filialının rəhbəri Aram B. Sentyabrın 22-də bankdakı 60 milyon dram nağd pulu (150 min dollar) və 100 ədəd qızıl-ziynət əşyasını götürərək, onu maşını ilə evə gətirib. Ardından isə həmin pul və qızılı Ermənistana keçirmək məqsədi ilə götürdüyünü oradakı az sayda sakinə bildirib. Yəni, Ermənistana köçdükdən sonra sahiblərinə qaytaracağını vəd edib.

Lakin səhəri gün məlum olub ki, naməlum şəxs və ya şəxslər Aramım maşınının süşəsini sındıraraq, həmin pulları və qızılların hamısını oğurlayıbılar. O, Ermənistana keçdikdən sonra hətta Ermənistan DİN-ə müraciət belə edib. Hazırda bununla bağlı istintaq getdiyi bildirilir.

P.S. İnanan daşa dönsün. Hansı axmaq antiterror əməliyyatları başa çatandan sonra yaranmış qeyri-müəyyən vəziyyətdə o qədər pul və qızılı avtomobilində saxlayar? Ay Aram, vay Aram… Kimə üçlük gəlirsən? 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button