Siyasət
“Siyasi partiyalar haqqında” qanunda nələr olacaq?
Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlament sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb.
Həmçinin, Milli Məclisin Mətbuat Xidmətinin yaydığı məlumatda “bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan Respublikası Milli Məclisinə təqdim etmələri xahiş olunur”, – deyə bildirilib.
“Siyasi partiyalar haqqında” yeni qanunda hansı məqamlar yer alacaq?
Bu barədə Modern.az-a danışan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın fikrincə, siyasi partiyaların fəaliyyətinin genişləndirilməsinə ehtiyac var: “Partiyaların parlament fəaliyyəti, müxalifətdə olan partiyaların statusu, onların fəaliyyətinin müəyyən istiqamətləri qanunda öz əksini tapmalıdır ki, gələcəkdə hansısa müxalif fəaliyyətinə görə kimisə ittiham etmək mümkün olmasın. Həmçinin, partiyaların dəqiq təyinatı verilməlidir. Bunun əsasında partiyaların tərifi daha dolğun şəkildə əhatə olunmalıdır. Bu məsələdə partiyaların rolunu qaldırmaq vacibdir”.
Proporsional seçki sisteminin tətbiqi haqqında təkliflərə də münasibət bildirən Fazil Mustafa bunun mümkün olduğunu düşünür: “Qanunda düzəlişlər həyata keçirildikdən sonra proporsional seçki sisteminin tətbiqi haqqında düşünmək olar. Bu artıq gələcək vəziyyətdən asılı olacaq”.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə bildirib ki, qanunu bugünkü vəziyyətə uyğunlaşdırmaq lazımdır: “Siyasi partiyaların daha geniş imkanlarını müəyyənləşdirməliyik. Çünki ölkədə çoxpartiyalı sistem güclənməli, partiyaların imkanları artırılmalıdır. Qanunda müvafiq dəyişikliklər etməklə bugünkü vəziyyətə uyğunlaşma aparılmalı idi. İndi tapşırıq verilib, iş aparılır. Ümidvaram ki, yaxın müddətdə qanun parlamentə təqdim ediləcək və müzakirələrə çıxarılacaq”.