Siyasət

Şahin Mustafayevlə Mqer Qriqoryan Brüsseldə görüşəcək

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan iki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə növbəti ikitərəfli komissiyanın iclası çərçivəsində Brüsseldə görüşəcək. JAMAZ.İNFO “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Mqer Qriqoryanın ofisindən açıqlama verilib.
Bildirilib ki, görüş noyabrın ilk həftəsində baş tutacaq. Hələlik başqa təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, sərhəd komissiyasının buna qədər iki görüşü keçirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button