DünyaManşet

Ermənistan hərbi büdcəsini 400 milyon dollar artırır: Qarabağa isə 360 milyon dollar ayıracaq

Ermənistan 2023-cü il büdcəsində hərbi müdafiə xərclərini daha 160 milyard dram (400 milyon dollar) artıraraq, 505 milyard drama (təxminən 1.25 milyard dollar) çadırmaqla bağlı qərar qəbul edib. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın maliyyə nazirinin müavini Vahe Ovannisyan deyib.

O bildirib ki, Ermənistanın yeni il büdcəsi 2,30 trilyon dram (5,5 milyard dollar) təşkil edəcək. Bunun da 2,2 trilyon dramı vergilərin hesabına formalaşacaq. Büdcənin xərc hissəsi isə 2.6 trilyon (5.8 milyard dollar) dram olacaq ki, bu da keçən ildən bir qədər çoxdur.

Ovannisyan deyib ki, 2023-cü ildə Qarabağda yaşayan ermənilərə də pul ayırmağı razılaşdırıblar. Onun sözlərinə görə, bu rəqəm 144 milyard dram (360 milyon dollar) təşkil edəcək ki, həmin pul da kredit şəklində faizsiz veriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button