Nikol Paşinyan: “Qarabağ məsələsi tez zamanda müzakirəyə çıxarılmalıdır”
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Harutyunyanla görüşüb. JAMAZ.İNFO xəbər verir ki, İrəvanda keçirilən görüşdə ənənəvi olaraq “status” barədə danışılıb.
Paşinyan deyib ki, Qarabağ məsələsi ilə əlaqədar danışıqlar bərpa olunmalı və bu proses ATƏT-in Minsk Qrupu formatında müzaklirə olunmalıdır. “Minsq Qrupu çərçivəsində danışıqlar başlamalıdır. Özü də 3 əsas prinsip, o cümlədən öz müqəddəratını təyin etmə prinsipi də daxil olmaqla”.
Arayik Harutyunyan isə deyib ki, onlar üçün əsas məsələ “öz müqəddəratını təyin etmədir” və başqa alternativləri qəbul etmirlər.
P.S. Ermənistanın ölünü diriltmək cəhdləri anlaşılandır. Çünki 44 günlük müharibədən sonra status məsələsi cəhənnəmə vasil olub. Cəhənnəmə gedən ölü isə geri dönməz.