Nikol Paşinyan: “Kərki Bakıya verilsə belə, İrəvanla Arazdəyən arasında nəqliyyat problemi olmayacaq”
Ermənistanın baş naziri Nikol Paşinyan dünən Kişnyovda erməni icması ilə keçirdiyi görüşdə Kərki kəndi ilə bağlı məsələyə toxunub. JAMAZ.İNFO xəbər verir ki, İrəvan hökumətinin başçısı Kərkinin Azərbaycana qaytarılması ilə nıəqliyyat yolları problemi yaşamayacaqlarını deyib.
O qeyd edib ki, Kərki kəndinin Azərbaycana məxsus olub olmaması məsələsini 1975-ci il xəritəsinə əsasən araşdıracaqlar. “Deyirlər ki, Kərki geri verilsə, Arazdəyəndən İrəvana gəlmək mümkün olmayacaq. Belə bir problem yoxdur. Hazırda biz Kərkinin Azərbaycana məxsus olub olmadığını müəyyən etməyə çalışırıq. Hətta həmin kəndin Azərbaycana məxsus olduğu təsdiqlənərsə, bnu hər hansı problem yaratmayacaq. Bizim üçün həlli olmayan nəqliyyat problemi yoxdur. Bizim kifayət qədər alternativ yollarımız var”.
Paşinyanın sözlərinə görə, anklavlar məsələsindən cəmiyyətə psixoloji təzyiq vasitəsi kimi istifadə edilir. “Biz anklavları qəbul etdiyimizi deyirik, Azərbaycan isə Başkəndi qəbul edir. Bu məsələdə bizə psixoloji təzyiqə yol verməməliyik”.