Siyasət
Mustafayevlə Qriqoryan Qazaxda görüşəcəklər
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan noyabrın 30-da Karvansara (İcevan) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə görüşəcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumatı “Joqvurd” qəzeti yayıb.
Görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası məsələləri müzakirə olunacaq.