
Siyasət
İşğaldakı Ukrayna torpaqları Azərbaycanla həmsərhəd dairəyə birləşdirildi
Rusiya işğal etdiyi Ukrayna ərazilərini ölkənin hərbi dairələr sisteminə birləşdirilib.
Jamaz.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Donetsk, Luqansk, Xerson və Zaporojye əraziləri Rusiyanın Cənub Hərbi Dairəsinin məsuliyyət zonasına daxil edilib.
Qeyd edək ki, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım da bu hərbi dairəyə birləşdirilmişdi. Cənub Hərbi Dairəsi Azərbaycanla sərhəddə yerləşir.