Siyasət

İrandan Azərbaycana müharibə təhdidi

SEPAH İranın Azərbaycana qarşı mümkün hərbi təcavüzünə “zəmin” hazırlayır.

Jamaz.info İran KİV-ə istinadla xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Telegram kanalı bu gün “İran niyə Qafqaz müharibəsinə girməlidir?” başlıqlı məqalə dərc edib.
Məqalədə bildirilir ki, Azərbaycan guya İranın Rusiya və Avropa ilə quru əlaqəsini kəsmək üçün Ermənistan ərazisinin bir hissəsini, yəni Zəngəzur bölgəsini ələ keçirmək niyyətindədir. Əgər bu, baş tutarsa, İrana iqtisadi ziyan vurulacaq.
Bundan əlavə, müəllif Bakını “İsrailin İrana qarşı törətdiyi qətllər və vandalizm aktlarına” şərik olmaqda ittiham edir. Molla rejiminin təbliğatçılarının fikrincə, son illər Bakı, Azərbaycanın infrastrukturunu İran xalqına qarşı istifadə edən İsrailin Asiyada əsas müttəfiqinə çevrilib.
Müəllif bildirir ki, əgər Zəngəzur ələ keçirilsə, İran öz sərhədlərində sionistlərin varlığına şahidlik etməli olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button