Siyasət

İrəvan Qarabağ ermənilərini zəhərləmək istəyir

“Ermənistandan gələn TIR-lardakı ərzaq Qarabağda yaşayan ermənilərin kütləvi zəhərlənməsi üçün nəzərdə tutulub”.
Jamaz.info Modern.az-a istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu fakt baş verdikdən sonra ermənilər növbəti təxribatı gerçəkləşdirib Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) bölgəyə çağıracaqlar.

“Böyük ehtimalla bu maşınlara yığılanların hamısı vaxtı keçmiş ərzaq məhsullardır. Birinci növbədə məsələ suverenliyimizlə bağlıdır.  İkinci halda isə Azərbaycan dövləti heç vaxt razı ola bilməz ki, onun ərazisində məskunlaşan insanların, hətta erməni millətinə mənsub olsalar belə, sağlamlıqları təhlükəyə girsin.
Yenə də o düşüncədəyəm ki, Zəngilandan erməni sərhədinə bizim TIR-lar düzülüş etməlidir. “Naxçıvana humanitar yardım üçün yol verin!” tələbini aktuallaşdırmalıyıq”, – deputat vurğulayıb.

Qeyd edək ki, Ermənistan tərəfi 400 ton “humanitar yardım”ın Qarabağa çatdırılmasına qərar verib və ötən həftə yüklənmiş TIR-lar Laçın istiqamətində yola düşüb. Təbii ki, həmin yük karvanı Azərbaycan ərazisinə buraxılmayıb. Ermənistan tərəfi nəqliyyat vasitələrini sərhədlərimizə cəmləməklə siyasi manipulyasiyaya cəhd edir və bununla Laçın istiqamətində vəziyyəti gərginləşdirməyə çalışıb.

Azərbaycanın rəsmi qurumları dəfələrlə bəyan ediblər ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Amma Ermənistan tərəfi bununla razılaşmayaraq, avtomobil karvanını sərhəd yaxınlığında saxlamağa davam edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button