
Fransadakı erməni diasporu anti-Azərbaycan aksiyası keçirəcək
Noyabrın 8-də Fransada yaşayan ermənilər Azərbaycan əleyhinə aksiya keçirəcəklər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni diaspor təşkilatı olan “ARF Yeni Nəsil” məlumat yayıb.
Diaspora təşkilatı bəyan edib ki, aksiya Ermənistanın Fransadakı səfirliyi önündə keçiriləcək. “44 günlük müharibənin bir illiyi ərəfəsində Ermənistanın ərazi bütövlüyü, Qarabağ və Sünik naminə hamınızı aksiyaya çağırırıq. Bizim torpaqlarımızı Azərbaycana verməyin!”
Fransada yaşayan ermənilər iddia edirlər ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq və bunun qarşısını almaq üçün etiraz edilməlidir. “Belə bir sazişin imzalanması hamımızda narahatlıq doğrur. Biz birləşməliyik. Əsgərlərimiz öz həyatlarını riskə ataraq, torpağı müdafiə etmədilər”.