“Ermənistan cəzasız qala bilməz, çağırış da İrəvana edilib”
“Azərbaycan tərəfdən səslənən təzminat məsələsi var. Hesab edirəm ki, biz bu təzminat məsələsini yaddan çıxartmamalıyıq”. JAMAZ.İNFO xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Zülfüqarov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər paradında çıxışında Ermənistana ünvanladığı barış mesajını şərh edərkən deyib.
Politoloqun fikrincə, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər cəzasız qala bilməz: “Bu sülhə çağırışlar o demək deyil ki, Azərbaycana dəyən ziyan, onların törətdikləri cinayətlər cəsasız qalmalıdır. Xeyir, bu, cəzasız qala bilməz. Biz bunun cəzasını tələb etməliyik. Sadəcə olaraq bu çağırış indiki mərhələdə hakimiyyətə gəlmək istəyənlərə aiddir. Əgər onlar hakimiyyətə gəlmək fikrindədirlərsə, bu şağırışı nəzərə almalıdırlar”.