![](https://jamaz.info/wp-content/uploads/2022/12/6391b12fe95ff6391b12fe960016704924636391b12fe95fd6391b12fe95fe.jpg)
ATƏT-dən Ermənistana göndərilən missiya ilə bağlı etiraf
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) 2 ay sonra 21-27 oktyabr tarixlərində Ermənistana göndərilən və ilkin olaraq “ATƏT-in ehtiyacların qiymətləndirilməsi heyəti” adlandırdıqları qrupun təşkilatla əlaqəsi olmadığını bildirib.
Jamaz.info xəbər verir ki, APA-nın təşkilata ünvanladığı suala cavab olaraq, bu qrupun Ermənistana göndərilməsi barədə qərarın ATƏT-in müvafiq qərarverici orqanlarının və ya ATƏT-in katibliyi tərəfindən deyil, Fəaliyyətdə olan Sədrin şəxsi təşəbbüsü ilə verildiyini vurğulanıb.
ATƏT katibliyi qeyd edib ki, bu qrupun göndərilməsi üçün ATƏT-in qərarverici orqanı olan Daimi Şura tərəfindən qərar qəbul edilməyib, qrup ATƏT mandatına malik deyil, habelə onlar üçün ATƏT-in büdcəsindən hər hansı bir vəsait xərclənməyib. Heyətin xərcləri büdcədənkənar vəsaitlər hesabına ATƏT-in bəzi iştirakçı dövlətləri tərəfindən fərdi şəkildə ödəndiyi diqqətə çatdırılıb.
Göründüyü kimi, Azərbaycan tərəfinin tutarlı səbəblər gətirərək bu məsələdə sərgilədiyi mövqe ATƏT tərəfini bir daha düşünməyə vadar edib.