Siyasət

ABŞ İranın Azərbaycana qarşı təhdidlərinə münasibət bildirdi

İran təhdidkar açıqlamalarıyla bir çox cəhətdən sabitliyi pozan tərəfdir”

Bunu oktyabrın 13-də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Jurnalist Ned Praysa bu məzmunda sual ünvanlayıb: “Son vaxtlar İranın qonşu ölkə Azərbaycana qarşı müəyyən hərəkətlərini, bəyanatlarını gördük. Onlar Azərbaycanı bölgəyə üçüncü tərəfləri cəlb etməkdə ittiham edir, hədələyirlər. Bu çıxışlardan xüsusən də ABŞ-ın bölgədəki maraqlarının və enerji boru kəmərlərinin risk altına düşə biləcəyindən narahatsınızmı?”

Departament rəsmisi jurnalistin sualına cavabında bildirib:

“İranın regional fəaliyyətlərinə gəldikdə, biz bu məsələdə çox açıq şəkildə mövqeyimizi bildirmişik, biz durduğumuz yerdəyik. İran proksi qüvvələrin, digər regional qüvvələriin dəstəyi, təhdidləri, daha ümumi danışsaq, təhdidkar açıqlamaları da daxil olmaqla, bir çox cəhətdən sabitliyi pozan tərəfdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button