
Siyasət
Əəliyev-Paşinyan görüşü yenə Brüsseldə baş tutacaq
Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyanın növbəti görüşü barədə məlumat yayılıb. Modern.az xəbər verir ki, Ermənistan KİV-ləri görüşün bu il avqustun 31-də Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyilə baş tutacağını iddia edib.
Qeyd edək ki, bundan əvvəl yayılmış məlumatlarda görüşün Moskvada Rusiya prezidenti Putinin vasitəçiliyilə keçiriləcəyi bildirilmişdi.