
Ölkə içi
Yoluxma sayı 600-ü keçdi – 5 nəfər öldü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 503, bu günə qədər isə ümumilikdə 2 682 116 test icra olunub.