Ölkə içi

Yeni nazir müavini kimdir?

Xəbər verdiyimiz kimi, Yalçın Rəfiyev xarici işlər nazirinin müavini təyin edilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” hesabında bildirib.
Modern.az yeni nazir müavini haqqında məlumatları təqdim edib:
Yalçın Rəfiyev bakalavr təhsilini Bakı Dövlət Universitetində alıb. “2007-2015 Dövlət Proqramı”nın məzunudur. O, magistratura pilləsini Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında Korrupsiyaya qarşı mübarizə ixtisası üzrə bitirib. O, bu təyinatadək Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi olub. Bundan əvvəl isə Azərbaycanın Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi olub. 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button