Ölkə içi
Vilayət Eyvazov rəis və müavinini işdən çıxartdı – Yoxlama aparılır
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəisi Samir Qayıbov və müavini Ramil Rüstəmov vəzifələrindən azad olunublar.
Jamaz.info xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrlə Samir Qayıbovun vəzifəsi Abşeron Polis Bölməsinin baş əməliyyat müvəkkili Rasim Salahova həvalə edilib.
Hazırda bölmədə yoxlamalar davam etdirilir.
Qeyd edək ki, Samir Qayıbov 2021-ci ilin sentyabrında Qobu Polis Bölməsinin rəisi təyin olunmuşdu.