
Ölkə içi
Vedant Patel: “Ümid edirik ki, iki ölkə arasında sülh olacaq”
“ABŞ-ın əsas məqsədi Ermənistan və Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həllidir”. JAMAZ.İNFO xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
Brifinq zamanı Patel deyib ki, Ermənistanın Aİ missiyasının müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin regionda uzunmüddətli sülhün bərqərar olmasına töhfə verib-verməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, ümid etdikləri sülhdür. “Bizim ümidimiz budur. Dövlət katibi Entoni Blinken, səfir Riker və başqaları məsələni müzakirə edərkən israrlarını davam etdirirlər. Prosesdən irəli getmək istəmirəm, amma təbii ki, bizim son məqsədimiz Ermənistan və Azərbaycan arasında problemin sülh yolu ilə həlldir”.