
Ölkə içi
Vasif Talıbovun halı pisləşdi – Bakıdan xüsusi həkim göndərildi
Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən kənarlaşdırılan Vasif Talıbov evə qapanıb və heç bir yerə getmir.
Jamaz.info xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq Ali Məclis sədrinə yaxın mənbələr bildirib.
Məlumata görə, şəkər xəstəliyindən əziyyət çəkən Vasif Talıbov üçün Bakıdan xüsusi həkim də Naxçıvana gedib.
Talıbovu müayinə edən həkimin 2 gün muxtar respublikada qaldığı deyilir.
Başqa bir məlumatda isə Talıbovun hər iki övladının – Rza və Seymurun onlara məxsus biznes strukturlarının satışına başladığı və buna görə bir neçə dəfə ölkədən xaricə çıxdıqları bildirilir.