Ölkə içi
Uşaqlara işgəncə verənlərin kimliyi dəqiqləşib: DİN araşdırmaya başladı
Xəbər verildiyi kimi, Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mehnur” reabilitasiya mərkəzində loqopedə ehtiyacı olan əlil uşaqlara işgəncələr verilib.
JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı DİN araşdırmalara başlayıb. Nazirliyin mətbuat xidmətinin rəsmisi Elşad Hacıyev bildirib ki, uşaqlara işgəncə verən şəxslərin kimliyi müəyyən edilib və hadisə ilə bağlı araşdırmalart aparılır.