Ölkə içi
Tələbə Güc Mərkəzi aksiya keçirdi: Etirazçılar saxlanıldı
Bu gün Tələbə Güc Mərkəzi İqtisadiyyat Universitetinin qarşısında aksiya keçirməyə cəhd göstərib. JAMAZ.İNFO xəbər verir ki, universitet tələbələrinə süni problemlərin yaradılması, onlara qarşı haqsızlıq edilməsinə, Azərbaycan Dövlət İqtisad Universitetinin imtahan qaydalarını dəyişməyinə etiraz edən təşkilatın üzvləri “Tələbələrə ədalət” plakatını qaldırıblar.
Aksiyaya müdaxilə edən polis Tələbə Güc Mərkəzinin üzvləri Əhməd Məmmədli, Rəvan Axundov, Tükəzban Qasımova, Rüstəm İsmayılbəyli və Fərid Cabbarı saxlayıblar.