Ölkə içi

Su İdarəsinin müdiri özünüreklama külli miqdarda pul xərcləyib? – İDDİA

Bir qrup Göyçay rayon sakini (Əliyev Səxavət Seymur oğlu, Məmmədov Anar Kərəm oğlu, Nəbiyev Faiq Zaman oğlu, Qarayev Behbud Rasim oğlu və Allahverdiyev Sabir Rizvan oğlu) JAMAZ.İNFO-ya müraciət edərək, rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyindən şikayət ediblər.

Onlar iddia edirlər ki, sözügedən idarənin müdiri vəzifəsini icra edən Orxan Mahmudov dövlətin ayırdığı vəsaiti özünü təriflətməyə xərcləyir. “Orxan Mahmudov əvvəllər bankda işləyib və yol verdiyi nöqsana görə işindən qovulub. İxtisası meliorasiya və suvarma sahəsinə aid deyil. Bu sahədən heç bir anlayışıda yoxdur. O, işinin öhdəsindən gələ bilmədiyi üçün rayonda ciddi narazılıqlar yaradıb deyə, barəsində çoxlu şikayətlər var. Orxan Mahmudov bunun qarşısını alıb, mərkəzi orqanları aldatmaq üçün yeni üsula əl ataraq, küllü miqdarda pul xərcləyir”.

Onların yazdığına görə, Orxan Mahmudov idarəyə məxsus bir neçə texnikanı eyni kanalın təmizlənməsində istifadə edərək, bu barədə video və foto şəkillər çəkdirib, özünə yaxın adamlar vasitəsi ilə həm mətbuatda, həm də sosial şəbəkələrdə yaydırıb. “Buna isə kifayət qədər vəsait xərclənir. Həttda idarəyə məxsus texnikaları onu tərifləyənlərin şəxsi təsərrüfatlarında, həyətyanı sahələrində işlərə cəlb edir”.

Şikayətçilər iddia edirlər ki, media və sosial şəbəkələrdə xəbər yaymağa sərf olunan pullarla Göyçayda çoxlu sayda su kanalını təmizləmək olardı. “Halbuki Göyçayın Çərəkə, Müskürlü, Malllı-Şıxlı, Qaraman və digər kəndlərində kanallar təmizlənmədiyi üçün kənd sakinləri suszluqdan əziyyət çəkirlər”.

Şikayətçilər deyirlər ki, Orxan Mahmudov yeni yaradılacaq Göyçay Su Ehtiyatları İdarəsinə müdir təyin olunmaq üçün bu addımları atır. “O, bu vəzifənin icrası həvalə edilən kimi qohum, dost və tanışlarını vızifəyə gətirdi. Hansı ki, həmin adamlar bu sahənin kadrları deyil, bu sahədən anlayışları qətiyyən yoxdur. Təcrübəli kadrlar işdən çıxmağa məcbur edilir, bəziləri isə qanunsuz olaraq nöqsanla işdən çıxarılıblar”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button