Ölkə içi
Styopa Səfəryan: “Ermənistanın Laçınla bağlı qərar vermək səlahiyyəti yoxdur”
Ermənistanın Laçın üzərində heç bir yurisdiksiyası yoxdur”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri erməni politoloq Styopa Səfəryan deyib.
O bildirib ki, Ermənistan Laçın məsələsi ilə bağlı hər hansı məsələyə hüquqi qiymət vermək, hüquqi mübahisələri və məsələləri həll etmək səlahiyyətinə malik deyil.
Səfəryanın sözlərinə görə, hazırda baş verənlər Rusiyanın planlarına uyğundur. “Nəzərinizə çatdırım ki, bu, Rusiyanın planına uyğundur. Sual yaranır: Əgər Laçın Rusiyanın nəzarəti və mandatı altındadırsa, niyə rus sülhməramlısına hücum olmayıb, amma ermənilər qurban seçilib?”