Şoyqu ilə Arutyunyan Qarabağı müzakirə ediblər
Ermənistanın müdafiə naziri Varşak Arutyunyan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefonla danışıb. JAMAZ.İNFO xəbər verir ki, tərəflər Qarabağdakı rus sülhməramlılarının gördüyü işləri müzakirə ediblər.
Bundan başqa, hər iki nazir Ermənistan ordusunda aparılacaq islahatlar, iki ölkənin birgə keçirəcəyi hərbi təlimlər və tədbirlər barədə müzakirə aparıblar. Həmçinin regional məsələlərdən də danışılıb.
P.S. Maraqlıdır ki, Rusiyanın müdafiə naziri Qarabağ məsələsini erməni həmkarı ilə niyə müzakirə etməlidir? Qarabağ Azərbaycan torpağıdırsa, onun sahibi ilə danışmaq, problemləri aradan qaldırmaq və ya başqa işləri görmək üçün evin sahibi ilə danışarlar. Daha qonşu ilə yox. Görünür, Rusiya Qarabağı Azərbaycanın deyil, Ermənistanın ərazisi hesab edir.