Ölkə içi

Şarl Mişel: “Masada yeni təkliflər yoxdur”

Avropa Şurasının rəhbəri Şarl Mişel Azərbaycan və Qarabağ ermənilərinin nümayəndələrini mümkün qədər tez dialoqa çağırıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Azadlıq” radiosu Brüsseldəki mənbəsinə istinad edib.

Həmin məlumatda deyilir ki, Mişel Xankəndi ilə Bakı arasında yeni görüş məsələsinin Sofiyada planlaşdırılan görüşdən sonra dalana dirəndiyini qeyd edib. “Həmin görüş baş tutmayıb. Masada yeni təkliflər yoxdur. Tərəflərin növbəti görüşünün nə vaxt və harada keçiriləcəyi hələ məlum deyil”.

Avropa rəsmisi bildirib ki, Brüssel Bakı ilə İrəvan arasında danışıqlarda maraqlı tərəf və dürüst vasitəçi olmaqda davam edir. “Prezident Mişel Azərbaycan tərəfinə Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə uyğun olaraq Laçına yolun təcili açılmasının və bundan sonra gərginliyin qarşısının alınmasının vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycan tərəfinin digər marşrutlar, o cümlədən Ağdam vasitəsilə humanitar yardım göstərməyə hazır olduğunu qeyd edib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button