Ölkə içi

Rüstəm Tağızadə: “Ermənistanın təxribata əl atması Ağdam yolu ilə bağlıdır”

 “Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşma yenə də davam edəcək. Qarabağın daxilində düz mərkəzində separatçı qurum olduğu halda bu məntiqi bir proseslərdi”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri ekspert Rüstəm Tağızadə sərhəddə baş verən son hadisələrlə münasibət bildirərkən deyib.

O bildirib ki, separatçılar Rusiya sülhməramlılarının köməyi ilə Xəlfəli yolu ilə silahları daşımaqda davam edir. “Qarabağda artıq təkcə Rusiya deyil, indiki halda Fransa da ciddi mübarizə apararaq bölgədə öz sözünü demək istəyir. Ağdam-Xankəndi yolunun açılmasını istəməyən Ermənistan Kəlbəcərlə sərhəddə belə təxribata əl atdı və yenə bu üsuldan istifadə edəcək”.

Tağızadə hesab edir ki, proseslər olduqca mürəkkəb müstəviyə keçib. Onun sözlərinə görə, Azərbaycan antirerror əməliyyatı edə bilər. “Bu Azərbaycanın legitim hüququdur. Lakin, reallaşdırmaq bir o qədər sadə deyil. Görünən odur ki, Qarabağ erməniləri heç zaman Azərbaycan cəmiyyətinə inteqrasiya olmaq fikrində deyillər”.

Ekspertin nəzərinə görə, belə olan halda bir yol qalır. “Onların hamısı Qarabağdan çıxarılmalıdır. Erməni əhalisi uşaqdan böyüyə hamısı potensial təhlükədir Azərbaycan dövləti üçün. Hələki Rusiyaya sığınan separatçılar və orada yaşayan əhalinin gələcəyi Azərbaycanın atacağı qəti addımlardan sonra müəyyən olunacaq. Bundan əlavə Azərbaycan indiki vəziyyətdə Zod istiqamətində mümkün qədər yüksəklik ələ keçirməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button