Ölkə içi

Rəsmi Bakıdan İsveçdə Quranın yandırılmasına etiraz

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quran kitabının yandırılmasını pisləyib.

Jamaz.info xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

Nazirlik İsveç hakimiyyət orqanlarını təqsiri olanlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırıb.

Qeyd edək ki, İsveçdə yaşayan iraq əsilli Salvan Momika Qurban bayramının ilk günü Stokholm məscidinin qarşısında Quran kitabını yandırıb. Momika dünən isə Stokholmdakı İraq səfirliyi qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb. Hadisədən sonra İraqda etiraz aksiyaları keçirilib. Rəsmi Bağdad İsveçin İraqdakı səfiri Cessika Svardstromdan ölkəni tərk etməsini istəyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button