Ölkə içi

Quru sərhədlər niyə açılmır?

“Türkiyə və Gürcüstanda xəstəliyə yoluxma sayını, eyni zamanda, həmin ölkələrin Azərbaycanla strateji əməkdaşlığını nəzərə alsaq, hər iki ölkə ilə quru sərdələrin açılması məqsədəuyğun olardı”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, bütövlükdə quru sərhədlərin açılması hazırda müzakirə olunan məsələlərdəndir:”Quru sərhədlərin bağlanması pandemiya ilə əlaqədar idi.
Pandemiya, epidemioloji vəziyyətə uyğun olaraq xüsusi karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq edilmişdi. İndi əsas məhdudiyyətlər aradan qaldırılıb.  Bu baxımdan, təklifimiz ondan ibarətdir ki, Operativ Qərargah tərəfindən xüsusən qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı qərar qəbul etsin”.
Deputat qeyd edib ki, bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyə və Gürcüstanda praktik olaraq epidemioloji vəziyyət nəzarət ediləcək həddədir:
“Ona görə Türkiyə ilə quru sərhədlər açılıb. Amma Türkiyəyə yalnız Naxçıvanda qeydiyyatda olan vətəndaşlarımız gedə bilir. Düzdür, Türkiyədən gəlməklə bağlı hər hansı bir məhdudiyyətlər yoxdur. Bizim də təklifimiz ondan ibarətdir ki, Gürcüstan və Türkiyə daha qısa zamanda mərhələli şəkildə quru sərhədlərin açılması ilə bağlı qərar versin. Daha sonra digər qonşu ölkələrlə vəziyyətə uyğun olaraq quru sərhədlərin açılması məsələsi müzakirə oluna bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button