
Ölkə içi
Qarabağda yaralanan 6 ermənidən 4-nün vəziyyəti ağırdır
Məlum olduğu kimi, oktyabrın 14-də Azərbaycan Ordusu Qarabağdakı erməni separatçılarının təxribatını önləmək üçün lokal əməliyyat keçirib. JAMAZ.İNFO xəbər verir ki, həmin vaxt Xocavənd və Ağdərə istiqamətində düşmənin 6 hərbçisi yaralanıb.
Qeyd edək ki, həmin cəza tədbirlərinin keçirilməsinə səbəb erməni silahlılarının bir Azərbaycan əsgərini şəhid etmələri idi. Buna adekvat cavab olaraq, Ordumuz düşmənin mövqelərini dağıdaraq, 6 ermənini yaralamışdı.
Bu gün isə Ermənistan Müdafiə Nazirliyi həmin yaralı ermənilərlə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, yaralanan 6 ermənidən 4-nün vəziyyəti ağırdır. Belə ki, onlardan yalnız ikisindən birinin vəziyyəti qənaətbnəxş, digərinki isə orta-ağır hesab olunur.