Ölkə içi

Prezident mədəniyyət nazirinə yeni vəzifə verdi

Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib.

Jamaz.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, mədəniyyət naziri Dövlət Komissiyasının tərkibində təmsil olunacaq.

Sənəddə qeyd edilib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi dəyişiklik barədə Avropa İttifaqı tərəfinə bildiriş göndərəcək.

Xatırladaq ki, hazırda Azərbaycanın mədəniyyət naziri Adil Kərimlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button