Ölkə içi

Prezident çərçivə sənədini təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (BMTSİT) arasında 2022 – 2026-cı illər üzrə Əməkdaşlıq Çərçivəsi” təsdiq edilib.

Jamaz.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Əməkdaşlıq Çərçivəsi qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyinə isə Əməkdaşlıq Çərçivəsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatına bildiriş göndərmək tapşırılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button