Ölkə içi

Neftçalada DSK sədri niyə işdən çıxıb?

62 saylı Neftçala Dairə Seçki Komissiyasının (DSK) keçmiş sədri Zaur Kərimov bu vəzifədən çıxması ilə bağlı xəbəri təsdiqləyib.
Jamaz.info xəbər verir ki, o, Qaynarinfo-ya açıqlamasında bildirib ki, işdən öz ərizəsi ilə çıxıb.
“İşdən nöqsanlara görə çıxarılmağım barədə iddialar həqiqəti əks etdirmir. Öz ərizəmlə çıxmışam. Hazırda səhhətimdə müəyyən problmelər var, müalicə alıram”, deyə Zaur Kərimov əlavə edib.
Keçmiş DSK sədri Neftçala Yod-Brom Zavoduna icraçı direktor təyin olunması barədə xəbər də münasibət bildirib. Onun sözlərinə görə, belə bir təyinat yoxdur:
“Heç bir vəzifəyə təyin olunmamışam. Hazırda evimdəyəm və işsizəm. Haqqımda əsassız məlumatlar yayırlar. Vaxtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinin müdiri işləmişəm. Məlumat yayıblar ki, guya oradan nöqsanlara görə çıxarılmışam. Halbuki belə olmayıb. Əvvəllər Dövlət Sosial Müdafiə Fondu nazirlikdən ayrı fəaliyyət göstərirdi. Həmin vaxt bu qurumlar birləşdirildi və orada pensiya təminatı şöbəsinə keçdim. Yəni, oradan nöqsanlara görə işdən çıxarılmamışam. Sonradan Neftçala Rayon İcra Hakimiyyətində çalışmışam. Bu iddialar əsassızdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button