Ölkə içi

Nazirlik maaşları ödəmir: “Elə bil Samir Şərifovun şəxsi puludur”

Akademik Milli Dram Teatrının aktyorları məzuniyyət pullarını ala bilmirlər.
Jamaz.info xəbər verir ki, bu barədə teatrın aktroyu, Xalq artisti Ramiz Məlik məlumat verib.
O, teatrın iyul ayının 21-dən məzuniyyətə yollandığını vurğulayıb:
“Hələ nə iyul ayının maaşı, nə də məzuniyyət pulu Maliyyə Nazirliyi tərəfindən ödənilməyib. Elə bil Samir Şərifovun şəxsi puludur, bu nə deməkdir? İyul ayı qurtarır, sonra nə olacaq bilinmir”.
Məsələ ilə bağlı Akademik Milli Dram Teatrı ilə əlaqə saxlanılıb. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Qaynarinfo-ya bildirdi ki, sözügedən problemi həll etmək teatrın səlahiyyətində deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button