Ölkə içi
Nazir müavini: “Yalnız Azərbaycan və erməni variantı var, başqası yoxdur”
“Nə rus, nə amerikan, nə fransız, nə də AB variantı var. Azərbaycan və erməni variantı var, başqa variantı yoxdur”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Azərbaycanla aparılan danışıqlarla bağlı məsələyə münasibət bildirərkən deyib.
O deyib ki, hazırda Bakı ilə İrəvan arasında danışıqlar gedir. “Xarici işlər nazirləri səviyyəsində hazırkı danışıqlar hər iki tərəfin yanaşmaları ətrafında gedir. Onlar iki qonşu dövlətin münasibətlərinin hansı əsas prinsiplər əsasında qurulması barədə danışıqlar aparırlar”.