Ölkə içi

Naxçıvan gömrüyünün strukturu dəyişdirildi

Naxçıvan gömrüyünün strukturunda dəyişikliklər edilib.
 
Jamaz.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunur ki, Culfa, Şahtaxtı və Sədərək gömrük idarələri ləğv olunub, onların əvəzinə bu rayonlarda gömrük postları yaradılıb. Naxçıvan Hava Limanı gömrük postu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin tabeliyinə verilib. Digər gömrük postları isə Azərbaycan DGK-nin Naxçıvan Baş Gömrük İdarəsinə tabe etdirilib.
Naxçıvan şəhər Gömrük İdarəsi isə ləğv olunub. Onun əvəzinə Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsi yaradılıb.
Dəyişikliklərlə maliyyə ödəmələrinə Naxçıvan MR Gömrük İdarələrinin maliyyə rəislərinin müdaxiləsi inkansız hala gətirilib. Bu gündən postlarda ödəmə terminalları qoyulacaq və bu əməliyyatlar heç bir vəzifəli şəxsin müdaxiləsi olmadan həyata keçiriləcək.(bakupost)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button