Ölkə içi

“Naxçıvan Dəmir Yolları”- da yoxlama

“Naxçıvan Dəmir Yolları” MMC qurumda yoxlamaların aparılması ilə bağlı iddialara cavab verib.
Jamaz.info xəbər verir ki, qurumdan Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, depo rəisi kimi göstərilən Ramin Mirzəyevin həbsi ilə bağlı informasiya yanlışdır:
“Mirzəyev Ramin Elşad oğlu “Naxçıvan Dəmir Yolları”nın direktorunun 12 yanvar 2022-ci il tarixli 2 nömrəli əmri ilə həmin MMC-nin Təminat bölməsinin anbardarı vəzifəsinə qəbul edilib. O, öz qulluq mövqeyindən istifadə etməklə 29 avqus 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək Cəmiyyətin rəhbərliyinə məlumat vermədən və Cəmiyyət tərəfindən təsdiqlənmiş sifariş vərəqələri olmadan Naxçıvan şəhərində yerləşən “Alış Veriş Mərkəzi” MMC-nin satış ofisindən yüksək məbləğdə pul vəsaiti dəyərində müxtəlif adlarda mal-material qəbul edərək, “Naxçıvan Dəmir Yolları” MMC-nin anbarına mədaxil etməli olduğu halda, qanunsuz gəlir əldə etmək məqəsdilə Naxçıvan şəhərində yerləşən inşaat materialları mağazasına satmaqla əldə etdiyi pul vəsaitlərini tamah motivi ilə mənimsəyib. “Naxçıvan Dəmir Yolları” MMC tərəfindən faktla bağlı Muxtar Respublika Prokurorluğuna müraciat edilib, Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham edilərək cinayət işi açılıb. İstintaq zamanı Mirzəyev Ramin Elşad oğlu dəymiş ziyanı zərərçəkənə və dövlət büdcəsinə ödədiyindən 07 aprel 2023-cü il tarixdə 23.09.96001 nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilib. Bu müddətdə o, həbsdə olmayıb”.
MMC-də yoxlamaların aparılması ilə bağlı yayılan məlumatlarda isə doğruluq payının olduğu bildirilib. Qeyd edilib ki, “Naxçıvan Dəmir Yolları” “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin törəmə təşkilatlarından biridir. Törəmə şirkətlə aparılan işlər razılaşdırılmış plan çərçivəsində icra olunur:
“”Naxçıvan Dəmir Yolları” MMC ilə 2023-cü il üzrə razılaşdırılmış hədəflərə əsasən infrastruktur, yol təsərrüfatının sağlamlaşdırılması, hərəkət tərkibi və maliyyə resurslarının səmərəli idarə olunması sahələrində aidiyyəti şöbələr arasında mütəmadi monitorinq və görüşlər keçirilməkdədir və bu işlər hazırda davam etdirilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button