Ölkə içi

Milli Məclisin xərcləri artırıldı

Milli Məclisin 2023-cü il üçün xərcləri artırılıb.

Jamaz.info xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il 9 dekabr tarixli 688-VIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Layihəyə görə, parlamentin 2023-ü il üçün xərcləri 53 milyon 244 min 109 manatdan 55 milyon 794 min 109 manata qaldırılıb.

Qərar layihəsi Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button