Ölkə içi
Meymunçiçəyinə görə, sərhədlər bağlanmayacaq
“Meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur”. JAMAZ.İNFO xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
T.Musayev qeyd edib ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının strategiyasından irəli gəlir: “Yəni hazırda heç bir peyvəndə ehtiyac duyulmur”.
O qeyd edib ki, Azərbaycanın sərhəd keçid məntəqələrində meymunçiçəyi virusu ilə əlaqəli hər hansı spesifik tədbirlərin görülməsi nəzərdə tutulmur. Nazirin sözlərinə görə, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qərar və tövsiyələrə əsasən ölkədə epidemioloji nəzarət tədbirləri qurur: “Azərbaycan da həmin qayda və tövsiyələrə tam riayət edir”.