Sosial

Nazir: “Pandemiyanın bitməsindən danışmaq üçün hələ tezdir”

“Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır”. Modern.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, ümumilikdə ölkədə epidemioloji vəziyyət sabitdir: “Ağırlaşmalar demək olar ki, yoxdur. Hospitalizasiya olunanların sayı çox azdır. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq”.

Nazir daha sonra deyib ki, payız fəslini sıçrayışsız keçsək, pandemiyanın sonu barədə nəsə danışa bilərik. Nazir qeyd edib ki, koronavirus pandemiyası hər dəfə yeni sürprizlər ortaya çıxarır: “Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən payız mövsümü üçün lazımi tədbirləri görüb ikinci səviyyəli hazırlıq prosesinə çatmalıyıq. Bu istiqamətdə bütün addımlar atılır. Ümidvaram ki, payız fəslini sıçrayışsız keçsək pandemiyanın sonu barədə nəsə danışa bilərik. Hələ ki tezdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button