Ölkə içi

İsraildəki səfirimiz ailəsi ilə sığınacaqda yerləşib

“Minlərlə İsrail vətəndaşı kimi ailəm və mən də saatlarla sığınacaqda qalmalıyıq”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “X”da paylaşım edib.

Səfir bildirib ki, o, dinc əhaliyə qarşı raket zərbələrini və terror hücumlarını pisləyir. “Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması və terrorçular tərəfindən onların pis rəftara və zorakılığa məruz qoyulması məni dəhşətə gətirir”.
Diplomat bildirib ki, bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button