
Ölkə içi
İsa Həbibbəyli AMEA-nın prezidenti seçiləcək
Bu gün AMEA-da prezident seçkiləri keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəylinin əsas namizəd olacağı gözlənilir.
Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev bir müddət əvvəl istefa verib. Bu vəzifəni hazırda akademik Arif Həşimov icra edir.